5G texnologiyasını əhatədə saxlamaq üçün əlavə maliyyə gərəkdir - Rainer Rathgeber

14:31 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. Mənim üçün 5G müzakirələri əsas mövzudan uzaqlaşıb. Hazırda 4G ilə istədiyinizi edə bilərsiniz.

ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında jurnalistlərə açıqlamasında "Bakcell"-in baş icraçı dirktoru Rainer Rathgeber deyib.

O, qeyd edib ki, adi rabitə istifadəçiləri üçün 5G texnologiyasına hələ ki təlabat yoxdur. Çünki 4G müasir dövrün bütün tələblərinin öhdəsindən gəlir.  "5G texnologiyasını əhatədə saxlamaq üçün əlavə maliyyə gərəkdir. 5G mənim gözümdə niş bazarını formalaşdıran bir şeydir. Komunikqsiya üçün 4G yetərlidir. Bizim hazırda əsas məqsədimiz 4G-nin daha da genişləndirməkdir".

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər