Strateji yol xəritələrinin icrası Azərbaycanın İqtisadiyyat Nazirliyində müzakirə edilib

10:55 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat Nazirliyində Strateji yol xəritələrinin icrasına həsr olunmuş iclas keçirilib.

Nazirliyin məlumatında deyildiyi kimi, xüsusilə,  ixtisaslaşmış turizm sənayesinin, peşə təhsili və təliminin, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı, eləcə də milli iqtisadiyyat perspektivi üzrə yol xəritələrinin icrasına dair işlər müzakirə olunub.

Məlumatda qeyd edilir: “İclas zamanı əvvəlki müzakirələr zamanı təqdim edilmiş təlimat və tövsiyələrin icrası barədə hesabatlar dinlənilmiş, həmçinin, icra zamanı yarana biləcək problemlərin həlli barədə müzakirə aparılmışdır”.

 

Bütün xəbərlər