Banklardan kreditlə bağlı öhdəlik məktubu almışıq - İbrahim Alışov

15:21 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. Azərbaycanda problemli borcların həlli ilə bağlı prezientİn fərmanı nəticəsində banklara ödənilən vəsaitlərin bir hissəsini biznesə ayıracaqları barədə banklar öhdəlik götürüblər.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Kiçik və orta biznes subyektlərnin maliyyə bazarlarina çıxışında şəffaflıq” adlanan forumda Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

Prezidentin tarixi sərəncamının icrası nəticəsində dövlət büdcəsindən kompensasiya üçün 630 milyon manat ayrıldığını deyən Palata rəhbəri qeyd edib ki, bunun 320 milyon manatı, bilavasitə vətəndaşlara, 209 milyon manat isə banklara ayrılıb: “Bundan başqa, gecikmədə olan kreditlərin restrukturizasiyası üçün 490 milyon manatın ayrılması nəzərdə tutulub və bunun 100 milyon manatını artıq Mərkəzi Bank banklara ayırıb. Həmin vaxt, aprel ayında Palata, Azərbaycan banklar Assosiasiyası və KOBİA arasında birgə memorandum imzalanıb. “Memorandumun məqsədi odur ki, biz bu vəsaitlərin, yəni dövlət tərəfindən veriləcək vəsaitlənin bilavasitə kiçik və orta biznesin inkişafına yönəldilməsi üçün hər bir bankdan strateji öhdəlik məktubu aldıq. Məktubda bankların alacaqları vəsaitləri hansı istiqamətə ayıracaqları dəqiq göstərilib. Memoranduma əsasən, banklar bu proqram çərçivəsində alacağı vəsaitlərin 58%-ni kiçik və orta biznesə, 23%-ni mikro biznesə, 19%-ni isə iri sahibkarlıq subyektlərinə ayıracaqdı. Düşünürük ki, artıq həmin vəsaitlərin müvafiq qurumlara yönəldilməsi başlanıb».

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər