“Təmiz Şəhər” tender elan edir

15:39 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. “Təmiz Şəhər” ASC Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qurulmuş texnoloji prosesin düzgün işləməsini təmin etmək məqsədi ilə alman istehsalı olan mal-material və ləvazimatların satın alınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 04 dekabr 2019-cu il saat 16.00-a , tender təklifini isə 12 dekabr 2019-cu il saat 16.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az  vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 13 dekabr 2019-cu il saat 16.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 14.11.2019 12:00 tarixindən sonra əldə etmək olar.

 

Bütün xəbərlər