“Azərsu” bir çox rayonlarda sutəmizləyici qurğuların tikintisini yekunlaşdırıb

15:55 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. “Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb.

Qurumdan verilən məlumata görə, hazırda Ağdaş, Ağcabədi, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində belə qurğuların tikintisi davam etdirilir.

Cəbhəyanı bölgədə yerləşən Beyləqan şəhərində məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə son tamamlama işləri aparılır.

 Qeyd edək ki, “Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2012-ci ilin oktyabrında başlanılıb.

 

Bütün xəbərlər