Nazirlik hərrac keçirəcək - Emissiya həcmi 25 milyon manat

16:21 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, hərrac noyabrın 19-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə keçiriləcək. Saat 11:00-dan 12:30-dək keçirlən hərracda emissiya həcmi 25 000 000 AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 364 gün, ödəmə tarixi  noyabrın 17-ə, anderrayter Paşa Kapital İŞ QSC-dir. Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər