Qızılınız evdə yatmasın!

16:22 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. Son zamanlar müştərilərin qızıl təminatı əsasında verilən kreditlərə marağı xüsusi olaraq artmışdır. Belə ki, qızıl girovu ilə əldə edilən kredit müştərilərə qızıl-zinət əşyalarını Expressbank-ın təhlükəsiz seyflərində saxlanmağa və eyni zamanda əlavə sənəd tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə pul kreditini rəsmiləşdirməyə imkan verir. Bank tərəfindən girova götürülən qızıl yüksək dəyərləndirilir və tam etibarlı şəkildə qorunub-saxlanılaraq, kredit ödənildikdən sonra öz sahibinə qaytarılır. Bu növ kredit müştərilərə öz zinət əşyalarını itirmədən, təcili pul lazım olarsa kredit əldə etmək üçün düşünülmüşdür. 

 

Belə ki, müştərilər qızıl girovu əsasında Bankda 15000 AZN-dək 24 ayadək olan müddətə pul kreditini rəsmiləşdirə bilərlər. Daha ətraflı məlumat əldə etmək üçün https://www.expressbank.az/loans/loans-secured-by-gold linkdən yararlanmaq mümkündür.

 

“Expressbank” kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Müştərilər Expresspay ödəniş terminalları və www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə bilərlər.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

 

Bütün xəbərlər