330x110
 

Neftin qiymətləri azalmadan sonra yüksəlir

15.11.2019,10:20


15 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,41 (0,61%) artaraq bir barelə $67,84  təşkil edib.

Bu gün neftin qiyməti əvvəlki sessiyanın yekunları üzrə azaldıqdan sonra yüksəlir.

Noyabrın 14-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $0,09 (0,14%) enərək bir barelə $62,28 təşkil etmişdir.

Saat 9:15-də Brent markalı neftin yanvar fyuçersi $0,34 (0,55%) artaraq bir barelə $62,62 təşkil edib.

NYMEX birjasında noyabrın 14-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,35 (0,61%) azalaraq bir barelə $56,77 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:25-də $0,35 (0,62%) artaraq bir barelə $57,12 təşkil etmişdir.