“İpək Yolu Sığorta”-nın səhmdarları növbədənkənar toplaşacaq - Dekabrda

11:56 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Dekabrın 27-də “İpək Yolu Sığorta” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncaqda “İpək Yolu Sığorta” ASC-nin 2019-cu ildə maliyyə-təsərrüfat fəaliyyətinin auditi məqsədilə müstəqil auditorun seçilməsi məsələsi müzakirə olunacaq. Bununla yanaşı bir sıra cari məsələlər də iclasın müzakirə mövzusu olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər