“Xalq Həyat” yarım milyon manatdan çox sığorta haqqı toplayıb – 2 Ayda

14:29 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. “Xalq Həyat” sığorta şirkəti iki sığorta növü üzrə toplanan sığorta haqqının həcmini açıqlayıb.

ABC.AZ xəbər verir ki, adıçəkilən şirkət sığortanın iki növündən nə az, nə çox 533 min manat sığorta haqqı toplaya bilib.

Şirkətdən verilən məlumata görə, “Xalq Həyat” məhsulların satışına cari ilin may ayından başlayıb və həmin dövrdən sentyabr ayının sonunadək “Kredit götürən şəxslərin həyat sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri üzrə 577 min manat həcmində sığorta haqqı toplanılıb.

Qeyd edək ki, adıçəkilən şirkət 2019-cu il martın 27-dən fəaliyyətə başlayıb. Şirkətə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər