Expressbank təbiətin qorunmasını dəstəkləyir!

16:45 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Expressbank korporativ-sosial məsuliyyət çərçivəsində təbiətin qorunmasına xüsusi önəm verir. 

13 noyabr tarixində Expressbank ekologiya sahəsində ən önəmli tədbirlərdən biri olan “Caspian Ecology” 2019 - Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” təqdimatı çərçivəsində il ərzində həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Tədbirdə Expressbank-ın Reklam və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Osmanova hazırladığı hesabatla çıxış edibdir.

Hesabatda kağız istifadəsinin azaldılması məqsədilə bank daxili keçirilən tədbirlərdən və 2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiya haqqında danışılmışdır. Expressbank əməkdaşları tərəfindən 22 aprel-Beynəlxalq Ana Yer günü münasibəti ilə keçirilən aksiya çərçivəsində Binəqədi Rayonu İcra Hakimiyyəti tərəfindən ayrılan ərazidə 200-dən artıq ağac əkilmişdir.  Ağacəkmə aksiyası zamanı, əkin üçün ayrılan torpaq həm də tullantılardan təmizlənmişdir. Ağacəkmə aksiyası eyni zamanda Bərdə və Qusar filiallarının əməkdaşları tərəfindən təmsil etdikləri bölgələrdə də həyata keçirilmişdir. 


Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. İnsanların davamlı olaraq istifadə etdikləri təbiət güşələrində ağacların seyrəlməsi, bitki örtüyünün məhv olması və tullantıların artması ən böyük problemlərdən sayılır. Expressbank ekoloji-maarifləndirmə çərçivəsində ətraf mühitin qorunmasının əhəmiyyətinin təbliğatı ilə əlaqədar olaraq bu cür maarifləndirici tədbirləri davam etdirəcək. 

 

Aksiyanın kiçik çarxı ilə növbəti linkə keçid alaraq tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=uqIeOMB72DQ

 

Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Bütün xəbərlər