Peşə əmək qabiliyyətini itirənlər icbari sığorta ilə təmin ediləcək – Nazir müşaviri

16:45 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Xidməti müqavilə üzrə işləyən şəxslərin də reyestrinin hazırlanması və İcbari Sığorta Bürosu (İSB) ilə mübadiləsi, əmək müqavilələri əsasında işləyən şəxslər kimi, onların da icbari sığortaya cəlb edilməsi üçün müvafiq işlər aparılacaq.

ABC.AZ xəbər verir ki, nəticədə xidməti müqavilə əsasında işləyən şəxslərin də istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sistemi ilə əhatə olunması təmin ediləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli  nazirlikdə Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Həyat” ASC-lərin nümayəndələri ilə keçirilən növbəti görüşdə bildirib.

M.Abbasbəyli deyib ki, məşğul şəxslərin reyestri formalaşdıqdan sonra həmin reyestrin də sığorta şirkətləri ilə mübadilə ediləcəyini, bununla da sığorta sistemi ilə əhatə olunan şəxslərin dairəsinin əhəmiyyətli dərəcədə genişlənəcəyini qeyd edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər