330x110
 

Azərbaycana ən çox bu ölkələrdən məhsul gətirilir - SİYAHI

18.11.2019,10:48


18 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz Dövlət Statistika Komitəsi yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə 4 milyard 81,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Bu ötən ilin analoji dövrü ilə müqayisədə faktiki qiymətlərlə 7,2 faiz, real ifadədə isə 1,4 faiz, o cümlədən idxal 3,4 faiz, ixrac 0,3 faiz artıq ixrac deməkdir.

Sözügedən dövrdə ixracla yanaşı, idxalın da həcmi açıqlanıb. Bununla da bəhs olunan dövrdə Azərbaycanın ən çox hansı ölkələrdən məhsul idxal etdiyi məlum olub. Belə ki, yanvar-sentyabr aylarında Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 11,6 faizi İsveçrə, 11,1 faizi Türkiyə, 9,3 faizi Çin, 6,3 faizi ABŞ, 4,9 faizi Almaniya, 3,8 faizi Kanada, 3,5 faizi İran, 3,3 faizi Ukrayna, 2,8 faizi Avstraliya, 2,6 faizi İtaliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Qazaxıstan, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Müəllif: Elmir Murad