330x110
 

Avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi açıqlandı – 1 milyon tondan çox olub

18.11.2019,12:24


18 noyabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycandan avtomobil nəqliyyatı ilə 1 milyon 115 min 799 ton yük ixrac olunub. Bu nəqliyyat növü ilə ölkəyə gətirilən yüklərin həcmi isə 1 milyon 916 min 949 ton təşkil edib.

Müəllif: Elmir Murad