On ayda Azərbaycanda 28 mlrd. dollardan artıq ticarət əməliyyatları aparılıb

14:31 - 18.11.2019


18 noyabr, Fineko/abc.az. 2019 cu ilin on ayında (yanvar-oktyabr) Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 28 milyard 276 milyon 884 min ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verir.

Qeyd olunur ki, ticarət əməliyyatlarının 11 milyard 455 milyon 325 min dolları idxalın, 16 milyard 821 milyon 558 min dolları isə ixracın payına düşüb.

 

Bütün xəbərlər