Maliyyə Nazirliyi tender elan edir

14:48 - 18.11.2019


18 noyabr, Fineko/abc.az. Maliyyə Nazirliyi tapşırıqların idarəedilməsi (Task management) proqram təminatının satınalınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 50 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 06 dekabr 2019-cu il saat 10.00-a , tender təklifini isə 16 dekabr 2019-cu il saat 11.40-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az  vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 17 dekabr 2019-cu il saat 10.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 18.11.2019 11:00 tarixindən sonra əldə etmək olar.

Əlaqələndirici şəxs- Anar Qasımov

Telefon : (994 12) 404 47 44

 

Bütün xəbərlər