Azərsu tender elan edir

17:21 - 18.11.2019


18 noyabr, Fineko/abc.az. Azərsu ASC quyu qapaqlarının (lyuklar) satın alınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 11 dekabr 2019-cu il saat 16.00-a , tender təklifini isə 19 dekabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az  vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 20 dekabr 2019-cu il saat 16.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 19.11.2019 09:39 tarixindən sonra əldə etmək olar.

Əlaqələndirici şəxs- Məmmədyar Musayev

Telefon : (994 12) 431 47 67

 

Bütün xəbərlər