Ən çox biznes krediti verən banklardan birinin adı AÇIQLANIB

11:22 - 19.11.2019


19 noyabr, Fineko/abc.az. Azərbaycanda bankların kredit portfeli təhlil olunub.

ABC.AZ xəbər verir ki, təhlil nəticəsində məlum olub ki, AFB Bank ölkədə ən çox biznes kreditləri verən banklar sırasında 2-ci pilləyə yüksəlib.

Adıçəkilən bankın ümumi kredit portfelinin 50%-dan çox hissəsi biznes kreditlərindədir. Bu göstərici ilə AFB 17 bankdan biridir. Bankın kredit portfelinin 76,48%-ni biznes kreditləri təşkil edir.

Qeyd edək ki, adıçəkilən banka lisenziya 2008-ci il noyabrın 28-də Mərkəzi Bankı tərəfindən verilib və 2009-cu ilin 16 fevralından  etibarən fəaliyyətə başlayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər