Qiymətli kağızlar üzrə əməliyyatların həcmi 12 milyondan çox olub – 10 AYDA

11:42 - 19.11.2019


19 noyabr, Fineko/abc.az. Bakı Fond Birjasında 2019-cu ilin ilk on ayı (yanvar-oktyabr) ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu ilin 10 ayı ərzində sözügedən əməliyyatların ümumi həcmi 12 milyon 138 min 920 manat təşkil edib.

2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi isə 12 milyon 356 min 590 manat olmuşdu. Nəticə olaraq, 2019-cu ilin ilk 10 ayında  dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 274%, korporativ qiymətli kağızlar bazarında 24% və repo əməliyyatlarında isə 76% böyümə qeydə alınıb. Bu ilin oktyabr ayına isə Bakı Fond Birjasının kapitalizasiyası  3,379,167,202.20  manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər