Ən çox cəmi əməliyyat həyata keçirən investisiya şirkətləri - SİYAHI

12:35 - 19.11.2019


19 noyabr, Fineko/abc.az. Bakı Fond Birjası 2019-cu ilin yanvar-oktyabr ayları üçün ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə cəmi əməliyyatların sayına  görə, birinci yerdə "İnvest-Az İnvestisiya Şirkəti" QSC-dir.

Belə ki, sözügedən dövrdə şirkət 2583 dəfə əməliyyat həyata keçirib. İkinci pillədə "AzFinance İnvestisiya    Şirkəti" QSC qərarlaşıb. Bəhs olunan dövrdə şirkət 1824 dəfə əməliyyat edə bilib. Üçünücü yerdə 1459 dəfə əməliyyatla “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, dördüncü yerdə isə 1056 dəfə əməliyyat etmiş "PSG Kapital İnvestisiya Şirkəti" QSC gəlir. Sıralamada ən sonuncu pillədə 152 dəfə əməliyyat həyata keçirmiş “BTB Kapital İnvestisiya Şirkəti” ASC-dir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər