“AtaSığorta”-nın səhmdarları təcili toplanır – Şirkətdə nə baş verir?

14:18 - 19.11.2019


19 noyabr, Fineko/abc.az. Dekabrın 19-da “AtaSığorta” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

ABC.Az xəbər verir ki, bu barədə şirkət elan verib.

Elanda qeyd olunur ki, yığıncağın gündəliyinə 2020-ci il büdcə, sığorta ödənişləri və sığorta haqqı yığımları proqnozları layihəsinin təsdiq edilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, “AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Təsisçisinin (səhmdarı) AtaHolding MMC olduğu şirkətin ödənilmiş nizamnamə kapitalı 14,6 mln. AZN təşkil edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər