“Azərbaycan Sənaye Sığorta”-da iclas - Təftiş Komissiyasına dəyişiklik müzakirə olunub

14:44 - 19.11.2019


19 noyabr, Fineko/abc.az. Bu gün “Azərbaycan Sənaye Sığorta” ASC-nin növbədənkənar ümumi yığıncağı keçirilib.

ABC.AZ xəbər verir ki, növbədənkənar ümumi yığıncaqda “Azərbaycan Sənaye Sığorta” ASC-nin Təftiş Komissiyasının tərkibində dəyişiklik edilməsi müzakirə olunub.

Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” ASC Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilatı-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılıb və onu hüquqi varisidir.

2008-ci ilin sonunda müvafiq çıxarışa əsasən Cəmiyyətin təşkilatı-hüquqi forması dəyişdirilərək Açıq Səhmdar Cəmiyyət olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər