Dəniz nəqliyyatı ilə bu qədər yük daşınıb - 1 milyondan yuxarı

14:58 - 19.11.2019


19 noyabr, Fineko/abc.az. 2019-cu ilin 10 ayında dəniz nəqliyyatı ilə ümumilikdə 1 milyon 259 min 993 ton yük daşınıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, daşınan bu yüklərin də dəyəri 762 milyon 275 min ABŞ dollarıdır. Bu dövrdə dəniz nəqliyyatı ilə ixrac olunan 280 min 814 ton yükün dəyəri 125 milyon 553 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 979 min 178 ton, dəyəri isə 636 milyon 721 min dollar olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər