Məsuliyyət sığortasının digərlərindən fərqi nədir? – Ekspert cavab verir

16:22 - 19.11.2019


19 noyabr, Fineko/abc.az. Sığortanın ən önəmli növlərindən biri də məsuliyyət sığortasıdır.

ABC.AZ olaraq bu dəfə məsuliyyət sığortasının digər növlərdən prinsipial fərqini göstərməyə çalışacağıq.

Belə ki, məsuliyyət sığortasında əgər hər kimsə öz şəxsi əmlakını sığortalayırsa zərər zamanı şəxsin özünə də ziyan dəymiş olur.

Bunu sığorta üzrə ekspert Kamran Babayev məsuliyyət sığortasının digərlərindən fərqini göstərərkən belə deyib. Onun sözlərinə görə, məsuliyyət sığortası şəxsin 3-cü şəxs qarşısında öhdəliyini sığortalayır: “Misal üçün əgər bir şəxs öz hərəkəti nəticəsində və yaxud öz hərəkətsizliyi nəticəsində 3-cü şəxsə zərər vurursa o məsuliyyət daşıyır. Və o zərəri bərpa etməlidir. Burada artıq həmin o məsuliyyət sığortası qüvvəyəy minir. Bu o qədər çox önəmlidir ki, inkişaf etmiş ölkələrdə hətta bu növlər limitsiz olur. Ona görə də çox vacib və önəmli bir növdür”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər