“NBC Bank”-ın səhmləri ilə bağlı xəbər – Yeni listinqə daxil edilib

16:34 - 19.11.2019


19 noyabr, Fineko/abc.az. Daha bir bankın səhmlərinin Bakı Fond Birjasının (BFB) standart bazar seqmentində listinqə daxil edildiyi məlum olub.

ABC.AZ xəbər verir ki, bu “NBC Bank” ASC-dir.

Bu barədə BFB-dən verilən məlumatda bildirilir.

Qeyd edək ki, adıçəkilən bank 1992-ci il dekabrın 17-də yaradılan “Ruzu” SKB Mərkəzi Bankı tərəfindən Səhmdar Kommersiya Bankı kimi 25 saylı sənədlə qeydiyyatdan keçmiş və 30 dekabr 1992-ci il tarixindən 112 saylı lisenziyaya əsasən müvafiq bank əməliyyatlarını həyata keçirib. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək “NBCBank” KB kimi bank sektorunda fəaliyyəti davam etdirilib. 2005 - ci ilin mart ayından isə Qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı-hüquqi formasında dəyişiklik edilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilib.

 

Bütün xəbərlər