Azərbaycan nefti bahalaşıb

12:36 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. “Azeri LT CIF” markalı Azərbaycan nefti dünya bazarında  0,21 dollara (0,32%) qədər bahalaşıb.

Hal-hazırda “Azeri LT CIF” markalı xam neftin qiyməti 66,12 dollar / barelə təşkil edir.

“Azeri LT” markalı neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında  (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeyd edilmişdir.

 

 

Bütün xəbərlər