İmicini dəyişən bank yeni kartını da təqdim etdi – Sayı 15 min ədəddir

10:26 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. "Hazırda “Rabitəbank”ın “Kartmane” kartlarının sayı 15 min ədəddir.

ABC.AZ xəbər verir ki, bunu noyabrın 19-da restaylinq edən “Rabitəbank”ın Baş direktoru Ziya Nuriyev təqdimat mərasimindən sonra mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin sonunadək daha 35 min kart satılaraq sayın 50 min ədədə çatdırılması nəzərdə tutulur. Hazırda Azərbaycanda bank xidmətləri ilə əhatə olunmayan kifayət sayda əhalinin olduğunu qeyd edən Z.Nuriyev hədəflərində daha çox hansı təbəqənin olacağını da açıqlayıb: “İlk növbədə bank xidmətləri ilə əhatə olunmayan əhali hədəfimizdə olacaq. Bununla yanaşı mövcud kart sahiblərinin “Kartmane”ni maraqla qarşılayacaqlarını gözləyirik. Çünki “Kartmane” ilə xərcləyib qazanmaq daha sərfəlidir. “Kartmane” sahibləri 10-dan artıq imtiyazlara sahib olacaqlar, bu imtiyazlardan 10%-dən “cashback”, kart qalığına 6% əlavə gəlirin hesablanması, götürülən kreditdən 100 gün müddətində faizsiz istifadə edilməsi imtiyazlarını qeyd edə bilərəm”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər