Əməkhaqqı kartlarının da “Kartmane” kartına çevrilməsini nəzərdən keçirəcəyik - “Rabitəbank”ın Baş direktoru

10:46 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. “Rabitəbank”ın bütün kartlarının adı “Kartmane”yə dəyişdiriləcək.

ABC.AZ xəbər verir ki, bunu noyabrın 19-da  “Rabitəbank”-ın restaylinq (imic dəyişmə) təqdimatından sonra keçirilən mətbuat konfransında “Rabitəbank”ın Baş direktoru Ziya Nuriyev deyib.

Bankın baş direkoru kartın qiyməti və gələcəkdə əmək haqqı kartlarının da “Kartmane”-yə çevrilməsi məsələsinə toxunub: “Kart 5 illik təqdim edilir. Kartın illik qiyməti 10 manatdır. Əgər müştəri hesabına minimum 500 manat mədaxil edərsə kart pulsuz təqdim edilir. Həm debet və həm də kredit “Kartmane” kartımızda bonus proqramı mövcuddur. Bütün kartlarımız “Kartmane” və “Kartmane Premium” olacaq. Gələn ilin 1-ci rübü ərzində bonus proqramını iş adamlarına təklif etdiyimiz “Bizkart”lara da şamil edəcəyik. Biz gələn il ərzində əməkhaqqı kartlarının da “Kartmane” kartına çevrilməsini nəzərdən keçirəcəyik. Bankın kart bazasının yalnız “Kartmane”lərdən ibarət olmasını qarşımıza məqsəd qoymuşuq. Biz istəyirik ki, bonus proqramı bütün müştərilər üçün əlatan olsun”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər