Azərbaycanda qızıl istehsalı nə qədər olub? - Hesabat

11:50 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3.111,2 kq qızıl istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur. Bu il noyabrın 1-nə ölkədə 149,7 kq hazır məhsul ehtiyatı yaranıb. Bundan başqa, bu ilin 10 ayı ərzində Azərbaycanda 3.218,1 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 22,1 faiz çoxdur. Bu il noyabrın 1-nə ölkədə 36,3 kq hazır məhsul ehtiyatı yaranıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər