Əhalinin nominal gəlirləri artıb – 7 faizə yaxın

12:33 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 46.705,8 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6 faiz artaraq 4.719,2 manata çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər