Neft məhsullarının istehsalının dəyəri açıqlanıb - 2 milyondan çox olub

14:00 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyon 544 min manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məbləğ əvvəlki ilin analoji dövrü ilə müqayisədə 4,8 faiz azdır. Hesabat dövründə neft məhsullarından avtomobil benzini istehsalı 947,6 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 6,1 faiz azdır. Bu il noyabrın 1-nə ölkədə 14,3 min ton hazır məhsul ehtiyatı olub.

Bu ilin 10 ayı ərzində 203,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 1,714 mln. ton dizel yanacağı, 98,9 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı illik müqayisədə 19,4 faiz, dizel yanacağı istehsalı 6,1 faiz, yanacaq mazutu istehsalı 33,8 faiz çoxdur. Hesabat dövründə ölkədə 490,8 min ton ağ neft, 18,9 min ton sürtkü yağları, 205,4 min ton neft bitumu, 198,3 min ton neft koksu istehsal edilib.

Ağ neftin istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz, sürtkü yağlarının istehsalında 83 faiz, neft bitumunun istehsalında 16,9 faiz, neft koksunun istehsalında 3,6 faiz azalma qeydə alınıb.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər