Mikayıl Cabbarov daha bir vəzifəyə seçildi - Moskvada

14:18 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov daha bir vəzifəyə seçilib.

ABC.AZ xəbər verir ki, nazir 2020-ci il üçün MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Belə ki, bu gün Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclasında M. Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Tədbirdə həmçinin Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul olunub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər