Prezident Masallı və Ağcabədi rayon icra başçıları haqqında Sərəncam imzaladı

14:53 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Masallı və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçıları haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Digər Sərəncama əsasən isə, Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

 

Bütün xəbərlər