Büdcənin icrasında profisit yaranıb – 840 milyon manat

15:09 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 19 milyard 273,93 milyon manat, xərcləri 18 milyard 433,64 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcənin icrasında 840,29 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,28 faizi qədər profisit yaranıb.

Qeyd edək ki, hesabat tipli rəqəmlər Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən hazırlanıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər