Müflisləşmiş bankın heç bir məsuliyyəti yoxdur - Eskpert həyəcan təbili çalır

10:41 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. Müflişləşmiş banklar ilə bağlı vətəndaşlarımızı narahat edən məsələlərdən biri də əmanət və kredit öhdəliklərinə fərqli yanaşmanın tətbiq olunmasıdır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov deyib.

O, qeyd edib ki, son aylar bu məsələ ilə bağlı rəhbərlik etdiyi Mərkəzə müraciətlər daha çox qorunmayan əmanətlərin kredit öhdəliklərin əvəzlənə bilməsi ilə əlaqədardır.

V.Bayramov sözügedən məsələ ilə bağlı nümunə də göstərib: “Məsələn, Biləsuvar rayonun sakini Azad Mahmudovun müflişlən bankların brində 10 min 522 dollar əmanəti, 13 min 800 manat isə kredit öhədliyi olub. Hər iki öhdəlik eyni bankda olub. Kredit götürülən zaman əmanət məbləği nəzərə alınaraq borclanma rəsmilləşib. Bank müflis olub. Əmanət qorunmayan olduğundan geri qaytarılmır, əksinə kreditə faizlər hesablanmaqda davam edir. Yəni, vətəndaş öz halal əmanəti ala bilmir, amma ondan kredit ödəmək tələb olunur. Maraqlıdır ki, bank və daha doğrusu müflişləşmiş bank rəhbərliyi vətəndaşın əmanətini rahatca və əksər hallarda şəffaf olmayan şəkildə xərcləsə də onu qaytarmağa məsul deyil. Amma vətəndaş öz vacib xərclərini ödəmək üçün kredit götürsə də onu əmanəti ilə əvəzləşdirə bilmir. Bu o deməkdir ki, vətəndaşın pulunu xəcləyən müflisləşmiş bank rəhbərliyi heç bir məsuliyyəti yoxdur, amma vətəndaş kredit öhdəliyindən azad olunmur. Bu da birbaşa qanunvericilikdəki boşluq ilə bağlıdır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər