Qanun vətəndaşdan çox müflis olan bankın maraqalarını müdafiə edir – Vüqar Bayramov

11:06 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov müflişləşmiş banklarla bağlı vətəndaşlarımızı narahat edən məsələlər haqqında şərh verib.

ABC.AZ xəbər verir ki, Mərkəz rəhbəri şərhində bir sıra məsələlərə, o cümlədən müflişləşmiş bankların bağlanandan sonra vətəndaşların əmanətlərini qaytarmamasına və bununla bağlı qanunvericilikdə boşluğun olmasına toxunub.

Ekspert sözügedən məsələ ilə bağlı izahı belə verib: “Əgər, vətəndaşın pulunu xərcləyən bank hər hansı öhdəlik daşımırsa, bu halda vətəndaş ona borclu olan banka niyə pul qaytarmalıdır? Halbuki, qanunvericiliyin təkmilləşdirilməsi və hər iki öhdəliyin müqayisə edilərək əvəzlənməsinə imkan verməlidir. Mövcud qanunvericilik, müflis olan banklarda vətəndaşdan daha çox bank rəhbərləinin maraqalarını müdafiə etdiyindən onun dəyişdirilməsinə ehtyac var. Buna görə də, biz təklif edirik ki, fizik şəxslərin öhədlikləri və eləcə də ona olan öhdəliklərin əvəzlənməsinə imkan yaradılsın. Belə ki, bank müflis olan zaman vətəndaşın bankda 17 min 877 manat əmanəti olubsa və banka kredit borcu 13 min 800 manat olubsa o zaman kredit xətti bağlanmalı və vətəndaşa 40 min 87 manat ödəməyə imkan verən qanunverici dəyişiklik həyata keçirilməlidir. Eyni zamanda bu əvəzləmələr banklar üzrə deyil, fiziki şəxslər üzrə aparmalıdır. Belə ki, əgər vətəndaş bir müflis olan bankda əmanəti, digərində kredit öhdəliyi varsa onların da əvəzlənməsinə imkan yaradılmalıdır. Bu baxımdan, müflis olan banklarda öhdəliyi olan vətəndaşlarımızın hüquqlarının tam qorunması üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər