Sığorta vasitəçisi olmaq istəyənlərin nəzərinə - Attestasiya keçiriləcək

11:32 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün attestasiya keçiriləcək.

 ABC.AZ xəbər verir ki, artıq bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası elan verib.

 Elanda bildirilir ki, “Sığortaçıların müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər  attestasiyaya dəvət olunurlar.

Qeyd edək ki, attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər