330x110
 

Özəlləşdirmədən daxilolmalar 110% icra olunub – 11 ay ərzində

21.11.2019,12:01


21 noyabr, Fineko/abc.az. Dövlət əmlaklarının özəlləşdirilməsində yeniliklər, iştirak üçün rahat və müasir imkanlar bu sahəyə marağı yüksəldir.

ABC.AZ xəbər verir ki, özəlləşdirmənin sürətləndirilməsi və investisiyaların cəlb edilməsi ilə bağlı görülən işlər nəticəsində bu istiqamətdə büdcə daxilolmalarının məbləği artmaqdadır.

2019-cu ilin 11 ayı ərzində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə daxilolmalar 110% icra olunub. Belə ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə proqnoz 80 milyon manat olsa da, yanvar-noyabr ayları ərzində bu xətt üzrə dövlət büdcəsinə 87.6 milyon manat vəsait daxil olub.

Qeyd edək ki, 2019-cu il ərzində  ümumilikdə 125 hərrac keçirilib.

Müəllif: Elmir Murad