Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyi Bakının parklarında pulsuz internetin quraşdırılmasını davam etdirəcək

15:15 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  paytaxtın sakinləri və qonaqları üçün  İnternetə pulsuz çıxışın təmin  edilməsi üzrə işləri davam etdirəcək.

Azərbaycan Amerika Ticarət Palatası (Amcham)  tərəfindən təşkil edilmiş işgüzar nahar zamanı  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  naziri Ramin Quluzadə deyib ki, sosial layihələrin gerçəkləşdirilməsi çərçivəsində ictimai İnternet paytaxtın artıq 20-dən çox park və meydanlarında quraşdırılır.  

"İnternetə pulsuz çıxışın təmin edilməsi üzrə işlər davam etdirələcək”, - deyə nazir bildirdi.

 

 

Bütün xəbərlər