Bu qədər iş yeri bağlanıb – 9 AYDA

12:32 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi Azərbaycanda 9 ayda (Yanvar-sentyabr) açılan yeni iş yerlərinin sayını açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə bağlanan iş yerləri də olub.

Belə ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 7,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 51,8 faizi qeyri-dövlət sektorunun payına düşür. İş yerlərinin 39,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Müəllif :Elmir Murad

 

Bütün xəbərlər