Bu quruma sosial şəbəkələrdən olunan müraciətin sayı açıqlanıb – 716 vətəndaş

14:21 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (Agentlik) qurumun 2019-cu ilin yanvar-sentyabr aylarındakı fəaliyyətinin nəticələrinə həsr olunmuş iclas keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda icbari tibbi sığortanın tətbiq olunduğu pilot tibb müəssisələrinin (Mingəçevir şəhər, Yevlax və Ağdaş rayon Mərkəzi Xəstəxanaları) fəaliyyətlərinə dair statistik göstəricilər açıqlanıb.

Toplantıda bildirilib ki, sözügedən dövrdə qurumun sosial şəbəkələrdəki səhifələrinə 716 vətəndaş müraciəti daxil olub. Müraciətlər dərhal cavablandırılıb və ya operativ şəkildə cavablandırılmanı təmin etmək üçün aidiyyəti struktur bölmələrə yönləndirilib. 

Kütləvi informasiya vasitələri tərəfindən 9 ay ərzində 175 sayda informasiya sorğusu daxil olub. Bütün sorğuların cavablandırılması təmin olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər