Bağlanan sığorta şirkətinin PR Menecerinə vəzifə verildi - TƏYİNAT

14:46 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. Bağlanma mərhələsində “AXA-MBASK” Sığorta şirkətində əvvəllər Marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri olmuş Rəşid Rəsulova yeni vəzifə verilib.

Bu barədə R. Rəsulov özü ABC.AZ-a açıqlama verib.

O, bundan Rusiyanın məşhur “R-PHARM” şirkətinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə əlaqlər üzrə meneceri vəzifəsində işləyəcək. R.Rəsulov artıq vəzifənin icrasına başlayıb.

Qeyd edək ki, R.Rəsulov “AXA MBASK” sığorta şirkətində marketinq və PR şöbəsində 11 il işləyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər