Daha bir hərrac keçiriləcək - Emissiya həcmi 15 milyon manat

15:23 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. Noyabrın 26-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. ISIN kodu AZ0106022756 olan qiymətli kağızın emissiya həcmi 15 000 000 AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 1092 gün, faiz gəliri 8,5 %, ödəmə tarixi 22.11.2022, anderrayter isə Paşa Kapital İŞ QSC-dir.

Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər