330x110
 

Prezident Sumqayıtda bir sıra sosial və mədəni layihələrin açılışında iştirak edib

21.11.2019,15:43


21 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

Prezident Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Daha sonra  İlham Əliyev Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının və Muğam Mərkəzinin rəmzi açılışında iştirak edib.

Dövlət başçısı həmçinin Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub.