330x110
 

İstehlak məhsullarının istehsalı nə qədər olub? - Statistika

21.11.2019,15:57


21 noyabr, Fineko/abc.az. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin ilk 10 ayında tütün məmulatlarının istehsalında 67,6 faiz, içki istehsalında 39,5 faiz, qida məhsullarının istehsalında isə 13,9 faiz artım müşahidə olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 51,2 faiz, kolbasa məmulatları 45,5 faiz, qaymaq və xama istehsalı 22,5 faiz, cem və marmeladların istehsalı 12,5 faiz, alkoqolsuz içkilərin istehsalı 11,2 faiz artıb.

Müəllif: Elmir Murad