330x110
 

Sumqayıtda çoxmənzilli binaların dam örtükləri təmir olunacaq

21.11.2019,16:48


21 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrıldı.