Azərbaycan Avropada yol tikir - 467,5 milyon avro dəyərində

16:59 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan şirkəti Serbiyada yol tikintisinə başlayıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı bu gün Serbiya hökuməti ilə Azərbaycanın “Azvirt” şirkəti arasında Ruma-Loznisa yolunun tikintisi barədə sənəd imzalanıb.

 İmzalanma mərasimində Serbiya Prezidenti Aleksandr Vuçiç də iştirak edib.

Layihənin dəyəri 467,5 milyon avrodur. Razılaşmaya görə Azərbaycan şirkəti 80 kilometrlik yolun tikintisini həyata keçirəcək. Rumadan Sabaçadək olan hissə şose, Sabaç-Loznisa hissəsi isə magistral yol kimi tikiləcək. Layihə üzrə həm də Sava çayı üzərindən körpünün tikintisi də nəzərdə tutulub.

Qeyd edək ki, tikintiyə başlanılıb və 2023-cü ildə tamamlanması nəzərdə tutulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər