330x110
 

“SOCAR” Avstriyada YDM şəbəkəsi alıb

19.12.2017,15:33


19 dekabr, Fineko/abc.az. “SOCAR Energy Switzerland” şirkətinin törəmə strukuturu olan “SOCAR Energy Holding” Avstriyada YDM şəbəkəsinin sahibi olub.

Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında deyildiyi kimi, “SOCAR Energy Holding” A1 şirkətinə məxsus olan YDM və  neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil”firmasını almışdır.

“Həmin iki Avstriya şirkətinin alınmasında əsas məqsəd, gəlir mənbələrini diversifikasiya etmək və Azərbaycanın iqtisadiyyatına daxilolmaların həcmini artırmaq üçün yeni potensial bazarların istifadə edilməsindən ibarətdir. İsveçrə ilə qonşu olan Avstriya “SOCAR” üçün strateji  bazardır. A1 şirkəti şəbəkəsi Avstriyanın bir çox əyalətində yüksək keyfiyyətli  brend altında fəaliyyət göstərən YDM  kimi tanınır”, - “SOCAR”-dan belə deyildi.

Azərbaycanın Dövlət Neft Şirkətinin məlumatına əsasən,  A1 şirkəti ölkə üzrə 82 YDM-ə malikdir. Şirkət işçilərinin sayı 150 nəfərdir.

Neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil Mineralölhandels GmbH” şirkəti Qrats şəhərində yerləşir.