Müddəti uzadılan icarə müqavilələri barədə açıqlama – 450 sayda olub

11:14 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. 2019-cu il ərzində dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı büdcə daxilolmalarına dair müvafiq tapşırıq 129% həcmində icra olunub.

ABC.AZ xəbər verir ki, daşınmaz dövlət əmlaklarının icarəsi üzrə proqnoz bu il üçün 8 milyon manat olsa da, ilin 11 ayı ərzində artıq büdcəyə 10.3 milyon manat vəsait daxil olub.

İstifadəçilərin çevik formada icarə haqqı borcunun öyrənməsi və ödəməsi üçün “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti şərait yaradır. Məbləğin öyrənilməsi ilə bağlı digər vasitə 9193 SMS xidmətidir. 

Qeyd olunur ki, 11 ayda dövlət əmlaklarından 261-nə dair icarə müqaviləsi bağlanmış, 450 icarə müqaviləsinin isə müddəti uzadılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə gəldikdə isə bu dövlət əmlaklarına dair ümumilikdə 52 icarə müqaviləsi bağlanmış, 34 icarə müqaviləsinin müddəti uzadılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər