Azərbaycanda yeni BOKT yaradıldı - Artıq dövlət qeydiyyatına da alınıb

12:06 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Azərbaycanda daha bir bank olmayan kredit təşkilatı (BOKT) yaradılıb.

ABC.AZ xəbər verir ki, Vergilər Nazirliyi “Azkredit” MMC BOKT dövlət qeydiyyatına alıb. Yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 1, mənzil 34, nizamnamə kapitalı 300 min manat (müəyyən edilmiş minimum tələbə uyğun), qanuni təmsilçisi isə Qurban Nəcəf oğlu Əsgərovdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər